Şahin Mustafayev “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb

Şahin Mustafayev “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb
7 İyul 2017
Mətni dəyiş
Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb. Abzas.net xəbər verir ki, İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb. O, qeyd edib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb. Ş.Mustafayev bildirib ki, Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər. Nazir “Huawei” şirkətinin Naxçıvanda fiziki cəhətdən qüsurlu insanlara “elektron təhsil” sistemi hədiyyə etməsini yüksək qiymətləndirib, Bakı Ələt Ticarət Limanında görülmüş işlər barədə məlumat verərək, şirkəti burada yaradılmış əlverişli vergi və gömrük rejimindən yararlanmaqla əməkdaşlığa dəvət edib. “Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən H.Tao İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan şirkətin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, “Huawei” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun