Bazar ertəsi, 26 İyul, 2021
Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib. Bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub. Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü"! "Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib. Qeyd...
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanı yeni turnirdə təmsil edəcək 3 klubdan birinin - "Keşlə"nin potensial rəqibi müəyyənləşib. II raundda Rusiya "Soçi"si ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibini məğlub edəcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) -...
FIFA futbolu kökündən dəyişdirəcək beş dəyişiklik barədə müzakirələr aparır. Bu iddia ilə Türkiyənin “NTV Spor” kanalı çıxış edib. Tarixi dəyişikliklərin aşağıdakılardan ibarət olduğu açıqlanıb: Hər hissənin müddəti 45 dəqiqədək 30 dəqiqəyədək azaldılacaq; Matç zamanı “təmiz vaxt” anlayışı tətbiq ediləcək və oyunun dayandığı vaxtlarda onun vaxtı da dayandırılacaq; Oyunçu dəyişikliyi məhdudiyyətsiz olacaq; ...
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq. Azərbaycan çempionu üçün 5 mümkün rəqib...
“Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa...
"Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Flaqman Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək. Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edəcəklər. "Neftçi"nin oyununa stadionun ümumi...
Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib. Həlledici qarşılaşmada İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib. Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan...
"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubunun futbolçusu Abdul-Aziz Yakubunun keçidini həll edib. Ağdam təmsilçisi 23 yaşlı hücumçu ilə müqavilə bağlayıb. Qanalı forvardla imzalanmış sözləşmənin müddəti 4 illikdir. Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına...
İtaliya və İngiltərə yığmaları arasında futbol üzrə Avropa çempionatının final matçına təyinatlar açıqlanıb. Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək. Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək...
Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Bu raundun son görüşündə İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı "Uembli" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı Skandinaviya təmsilçisi açıb. 30-cu dəqiqədə Mikkel Damsqor cərimə zərbəsindən baxımlı qol vurub. Bu, ingilislərin AVRO-2020-də buraxdığı ilk top...