Neft pullarının bir hissəsi manata çevrilib

Neft pullarının bir hissəsi manata çevrilib
13 Dekabr 2016
Mətni dəyiş
Dövlət Neft Fondu (DNF) valyuta hərracında əldə etdiyi manat kütləsinin bir hissəsini dövlət büdcəsinə trensfer etsədə, yenə də milyardlarla manat ehtiyatına sahibdir. 9 dekabr 2016-cı il tarixinə olan məlumata görə, DNF tərəfindən dövlət büdcəsinə 5,26 mlrd. manat vəsait transfert edilib. 
Bu ilin 11 ayında Fond ümumilikdə hərraca 4 milyard 635 milyon dollar çıxarıb. Cari ildə dolların məzənnəsinin daima dəyişdiyini nəzərə alsaq, təxminən orta məzənnə kursunu 1,6 manatdan götürək. Bu isə 7 milyard 360 milyon manat kütləsi deməkdir. Bu məbləğin 5,6 milyardının da dövlət büdcəsinə transfert olduğunu nəzərə alsaq, belə çıxır ki, hazırda Fond 1 milyrad 760 milyon ehtiyat manat kütləsinə sahibdir. Ekspertlər isə Fondun sərəncamında olan manatın daha çox 2-2,5 milyard manat olduğunu bildirirlər.  Bəs, bu qədər manat kütləsini Fond harda, hansı şərtlərlə saxlayır?
DNF bildirib ki, manatla olan vəsaiti Fondun Azərbaycan Respublikası Mərkəzi Bankındakı manat hesabında, illik 4,99% ilə saxlanılır.
Qeyd edək ki, Fondun 2016-cı il üzrə büdcə qarşısında öhdəlikləri 7 milyard  manat təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun