Hökumət maliyyə xidmətləri bazarının inkişafı üçün hansı addımlar atıb?

Hökumət maliyyə xidmətləri bazarının inkişafı üçün hansı addımlar atıb?
12 May 2022
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası çərçivəsində görüləcək tədbirlər arasında Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafının təmin edilməsi, eyni zamanda, bank nəzarəti alətlərinin təkmilləşdirilməsi, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin olunması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyi yer alırdı.

Ancaq bu illər ərzində bir çox bankın fəaliyyətini dayandırması və digər istiqamətdə çətinliklərinin üzə çıxması bu iş üzrə də fəaliyyəti böyük bir sual altında qoyur.

Bəs görəsən, həqiqətən də bu istiqamətdə atılan addımlar effektiv və konsepsiyada qeyd olunan hədəflərə uyğun olubmu?

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, 2012-2020-ci illər konsepsiyanın əhatə etdiyi dövrdə bank sektoru inkişaf mərhələsini keçib və ölkəmizdə bu sahənin inkişafı 2015-ci ilə qədər depozitlərin artması ilə müşahidə olunub.

İqtisadçı ekspert Eyyub Kərimli
Onun sözlərinə görə, ölkədə problemli kreditlərin azalması da müşahidə olunub.

“Lakin 2015-ci ildə baş verən iki devalvasiya bank sektoruna əhəmiyyətli dərəcədə zərbə vurub. Bu, problemli kredit portfelinin artmasına təsir göstərib. Ölkə üzrə xeyli miqdarda problemli kreditlər yaranıb. 2018-ci ildə biz yenə əvvəlki mənzərəni müşahidə edəsi olduq. Belə ki, artıq yenə də dövlət tərəfindən həyata keçirilən problemli kreditlərlə olan proqramlar məbləğin azalması və əhalinin depozitinin artması ilə müşahidə edildi. Həmçinin, həmin dövrdə hesab edirəm ki, sığorta bazarında da xeyli inkişaf baş verdi”, - deyə ekspert bildirib.

Eyyub Kərimli deyir ki, bank, maliyyə və sığorta sahəsinə mənfi təsirlərdən biri 2020-ci ildə baş verən qlobal pandemiya şəraitidir ki, bu da bank, sığorta və qiymətli kağızlar sektoruna təsirsiz ötüşməyib: “Hazırda isə bank sektoru inkişaf yolundadır və demək olar ki, problemli kreditlərin də miqdarı azalıb”, - deyə o, əlavə edib.

İqtisadçı ekspert Fərid Mehralızadə deyir ki, devalvasiyadan sonra Azərbaycan bank sektorunda çox ciddi problemlər ortaya çıxıb.

İqtisadçı ekspert Fərid Mehralızadə
Onun sözlərinə görə, ölkədəki bankların üçdə biri bundan sonra bağlanıb.

“Son iki-üç il ərzində iqtisadi göstəriciləri nisbətən yaxşılaşıb. Amma burada əsas problemli məqam odur ki, təməlgücləşmə yüksək səviyyədədir. Bank sektorunun aktivlərinin depozit portfelinin yarısından çoxu cəmi üç banka məxsusdur. Bu bankların da biri dövlətə, ikisi də eyni holdinqə məxsusdur. Eyni zamanda, bank sektorunun ötən ilki mənfəətinin də təxminən dörddə üçü yenə həmin üç banka çatıb. Buna görə də bir az təməl gücləşmənin təsiri yüksəkdir bank bazarında. Bunun özü də gələcəkdə problem yaşamasına səbəb ola bilər. Digər bir risk amili də depozitlərdən asılılıqdır. Sonuncu açıqlamaya görə, bankların vəsaitinin 80 faizi depozitlərdən ibarətdir. Bu, diversifikasiyasının aşağı olması da təhlükəli hesab edilə bilər. Çünki hər hansısa bir ajiotaj yaransa bunların kütləvi olaraq ciddi problemlərə səbəb ola bilər. Devalvasiyadan əvvəlki illərdə xaricdən alınan vəsaitlər də bankların vəsaitinin formalaşmasına kömək edirdi. Bu risk məsələsinə görə, xaricdən bankların aldıqları borcları azalıb. Başqa bir tendensiya da son illərdə bankların qiymətli kağızları investisiyalarının payı artır. Təməl gücləşmə məsələsi yenə də sığorta sektoru üçün də keçərlidir. Qiymətli kağızlar Azərbaycanda demək olar ki, çox az inkişaf edib. Devalvasiyadan sonra bank sektorunun göstəriciləri yaxşılaşıb, amma yenə də bankların depozitlərdən yüksək asılılığı və təməl gücləşmənin səviyyəsi yüksəkdir. Banklarla bağlı hazırda əsas çağırışlar bu iki istiqamətlə bağlıdır”, - deyə iqtisadçı ekspert Fərid Mehralızadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun