Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşüb, onlardan 3-ü tapılıb"

Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşüb, onlardan 3-ü tapılıb"
29 Yanvar 2022
Mətni dəyiş

Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşüb, onlardan 3-ü tapılıb.  Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun