ABŞ Konqresi DİN və DTX da daxil olmaqla 40-dan çox Azərbaycan məmuruna sanksiya hazırlayır

ABŞ Konqresi DİN və DTX da daxil olmaqla 40-dan çox Azərbaycan məmuruna sanksiya hazırlayır Foto: U.S. Capitol
22 Aprel 2024
Mətni dəyiş

“Qubad İbadoğlunun və jurnalistlərin həbsi narahatlıq doğurur”

ABŞ Konqresi Azərbaycan məmurlarına sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.

Bu barədə "Turan" Konqresdəki mənbələrinə istinadən yazır.

Xəbərdə qeyd olunur ki, Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

"Qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" 40-dan çox Azərbaycan məmuruna - Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və hərbçilər, hakimlər də daxil olmaqla bir çox məmurun adı var.

Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq" - xəbərdə qeyd olunub.

Qanun layihəsi Qubad İbadoğlu məsələsi də daxil olmaqla, Azərbaycandakı repressiyalar və insan hüquqlarının pozulması ilə bağlı izah olunur.

Eyni zamanda, müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti Azərbaycanda müstəqil KİV-lərin davam edən təqibi çərçivəsində Bakıda daha altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb.

Qanun layihəsində erməni əsirlərin hüquqlarının pozulduğu da bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun