Məişət zorakılığına görə cəzaların sərtləşdiriləcəyi deyilir

Məişət zorakılığına görə cəzaların sərtləşdiriləcəyi deyilir
22 Yanvar 2022
Mətni dəyiş

Azərbaycanın Milli Məclisinə Cinayət və İnzibati Xətalar məcəllələrinə məişət zorakılığına görə cəzaların sərtləşdirilməsi haqqında düzəlişlər daxil olub.

Turan İnformasiya Agentliyi bu barədə məlumatı parlamentdəki mənbələrinə istinadən yayıb. Məlumatına görə, düzəlişlərdə döymə və psixoloji təzyiqə görə azadlıqdan məhrumetmə müddətinin 2 ildən 4 ilə qədər artırılması nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə düzəlişlərdə iqtisadi hüquqların pozulmasına (əmlak gəlirindən məhrum etməyə, iqtisadi asılılıq yaratmağa) görə 300 manat cərimə və ya 60 saat islah işləri, yaxud 15 gün həbs nəzərdə tutulur.

Yaxın gələcəkdə düzəlişlərin deputatların müzakirəsinə çıxarılacağı gözlənilir.

Ölkə feministləri uzun müddətdir ki, məişət zorakılığına qarşı mübarizəni gücləndirmək tələbi ilə çıxış edirlər. Qadınlardan ibarət qruplar hakimiyyətin və polisin qadınların ərləri tərəfindən öldürülməsi və döyülməsi faktları ilə bağlı hərəkətsizliyinə etiraz əlaməti olaraq çoxsaylı aksiyalar keçiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun