Cəbhəçini prokurorluğa çağırıblar, yazdığı statusa görə xəbərdarlıq ediblər

Cəbhəçini prokurorluğa çağırıblar, yazdığı statusa görə xəbərdarlıq ediblər
22 Yanvar 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü İlham Hüseyn yanvarın 21-də Baş Prokurorluqda olub. 

Bu barədə siyasi fəal özü məlumat verib. O bildirib ki, prokurorluğun dəvəti ilə idarədə olub.

İlham Hüseynə 2021-ci ilin noyabrında yazdığı hansısa statusa gör xəbərdarlıq ediblər və statusdakı informasiyanın həqiqəti əks etdirmədiyini bildiriblər.

Daha sonra, İlham Hüseyn sərbəst buraxılıb.

Son günlər ictimai-siyasi fəalların, ümumilikdə sosial şəbəkə istifadəçilərinin paylaşımlarına görə prokurorluq orqanlarına çağırılma halları artıb. Onların bəziələri məhkəməyə çıxarılaraq cərimələnirlər.

Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndələri bu cü halları ifadə azadlığının kobud pozuntusu hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun