Gecə ermənilər Azərbaycanın hücum etdiyini açıqlayıblar, Azərbaycan tərəfi isə təkzib edib

Gecə ermənilər Azərbaycanın hücum etdiyini açıqlayıblar, Azərbaycan tərəfi isə təkzib edib
15 Oktyabr 2021
Mətni dəyiş

Oktaybrın 14-ü Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Məlumatda qeyd olunub ki, saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bundan sonra isə gecə saatlarında Qondarma Dağlıq Qarabağın özünümüdafiə ordusu məlumat yayaraq bildirib ki, Azərbaycan əsgərlərinin atəş açması nəticəsində 6 erməni hərbiçi yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi isə məlumatları təkzib edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olub. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - nazirlikdən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun