Qarabağdakı rus sülhməramlılarına yeni komandan təyin edildi

Qarabağdakı rus sülhməramlılarına yeni komandan təyin edildi
9 Sentyabr 2021
Mətni dəyiş
Rusiya Ordusunun general-mayoru Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. Yeni komandan Mixail Kosobokov Ermənistana gedərək müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib. Qeyri-rəsmi məlumata görə, Mixail Kosobokov bir vaxtlar Abxaziyadakı Rusiya hərbi bazasında komandanlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun