Əli Xameneyi İrana elektronik ev əşyalarının idxal olunmasını qadağan edib

Əli Xameneyi İrana elektronik ev əşyalarının idxal olunmasını qadağan edib
30 Sentyabr 2021
Mətni dəyiş

İranın dini lideri Əli Xameneyinin tapşırığı ilə ölkəyə elektronik ev əşyalarının idxalı qadağan edilib. 

Əli Xameneyi prezident İbrahim Rəisiyə yazdığı məktubda səbəb kimi yerli istehsalçılara zərər dəydiyini bildirib. Xameneyi məktubda qeyd edib ki, bu əşyaların idxalı yerli istehsalçıların belini qırıb, bunun qarşısını almaq lazımdır.

Xamneyi bildirib ki, xüsusi ilə Cənubi Koreyadan gətirilən mallara qadağalar tətbiq edilib. Bu günə qədər İrana elektronik ev əşyaları idxalını həyata keçirən "Samsung" və "LG" firmaları artıq bu məhsulların idxalını dayandırmalı olacaqlar.

Təhlilçilər isə düşünür ki, bu qadağaların siyasi tərəfləri də var.

Belə ki, Amerikanın İrana sanksiyalarından sonra Cənubi Koreya bu ölkəyə ödəməli olduğu 9 milyard dolları ödəməkdən imtina edib. Dəfələrlə İran hökuməti Cənubi Koreyaya bu ölkənin bazarlarını itirə biləcəyini xatırladıb və pulun ödənməsini tələb edib. Pul ödənmədiyinə görə də İran Cənubi Koreyaya bu formada cavab verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun