UEFA Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı qərar verdi

UEFA  Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı qərar verdi
10 İyun 2021
Mətni dəyiş
Rusiyanın “Matç TV” kanalının şərhçisi Nobel Arustamyan Avro-2020 seçmələrini işıqlandırmaq üçün akkreditasiyadan keçib. Məlumatı ilk olaraq “Matç TV”-nin baş prodüseri Tina Kandelaki yayıb. “Nobel Arustamyanı AVRO-ya akkreditasiya etdilər”-deyə o sosial şəbəkədəki səhifəsində yazıb. Rusiya XİN mətbuat katibi Mariya Zaxarova da məlumatı təsdiqləyib və UEFA-ya minnətdarlığını bildirib. Xatırladaq ki, Nobel Arustamyan bir neçə il öncə, işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınmışdı. AVRO-2020 turnirini işıqlandırmaq istəyən istənilən jurnalist isə oyunlara ev sahibliyi edən bütün ölkələrə giriş icazəsinə malik olmalı idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun