Rusiyadan Türkiyəyə: "Azərbaycanda hərbi baza açılsa, biz də addımlar atacağıq"

Rusiyadan Türkiyəyə: "Azərbaycanda hərbi baza açılsa, biz də addımlar atacağıq"
19 İyun 2021
Mətni dəyiş
Rusiya Türkiyə ilə bağlı kritik açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin Azərbaycanda hərbi baza quracağı təqdirdə Rusiyanın da addımlar atacağını söyləyib. Rusiya Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı xəbərləri yaxından izlədiyini açıqlayıb. Rəsmi Kreml Türkiyənin bu həmləsi qarşısında Rusiyanın öz təhlükəsizliyi və maraqlarını təminat altına almaq üçün addımlar ata biləcəyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov ötən il Azərbaycan və Ermənistanın qarşı-qarşıya gəldiyi Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün Rusiyanın NATO üzvü Türkiyə ilə yaxın təmasda olduğunu sözlərinə əlavə edib. Türkiyə və Azərbaycan bu həftə verdikləri açıqlamada hərbi sahədə iş birliyini daha da inkişaf etdirəcəklərini elan ediblər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun