Entoni Blinken: "Türkiyə özünü NATO müttəfiqi kimi aparmır"

Entoni Blinken: "Türkiyə özünü NATO müttəfiqi kimi aparmır"
10 İyun 2021
Mətni dəyiş

Amerikanın xarici işlər naziri Entoni Blinken gələn həftə keçiriləcək Bayden - Ərdoğan görüşündən əvvəl bəzi açıqlamar verib.

Blinken bildirib ki, prezident Bayden Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini, insan hüquqlarının vəziyyətini və mətbuat azadlığı mövzusunu görüşün gündəminə gətirəcək.

Blinken bu barədə Senatın Xarici İşlər Komitəsində danışıb. Senatorlardan Robert Menendez Blinkenə sual edib ki, Türkiyə NATO müttəfiqidir, amma ölkədə xeyli siyasi məhbus var. Bununla bərabər regional məsələlərdə beynəlxalq hüququ pozan addımlar atır və bu addımları dəstəkləyir. Amerika buna cavab olaraq nə edir?

Blinken isə cavabında deyib ki, Türkiyə özünü NATO müttəfiqi kimi aparmır: "Mən əminliklə deyə bilərəm ki, gələn həftə bu mövzular müzakirə olunacaq. Təkcə bu mövzuda yox, bir çox məsələdə Türkiyə özünü bir NATO ölkəsi kimi aparmır", - deyə ABŞ xarici işlər naziri Entoni Blinken bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun