Qarabağda 6 gündə 104 mina aşkarlandı

Qarabağda 6 gündə 104 mina aşkarlandı
31 May 2021
Mətni dəyiş
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun