Paşinyan Rusiyanın Azərbaycan sərhəddindəki iki bazasından danışıb

Paşinyan Rusiyanın Azərbaycan sərhəddindəki iki bazasından danışıb
4 May 2021
Mətni dəyiş

Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistanın İran-Azərbaycan sərhədinə yaxın yerləşən Syunik bölgəsində Rusiyanın 102-ci hərbi bazasına aid iki istehkam postunun qurulduğunu bildirib. 

Paşinyan bu barədə Ermənistan parlamentində çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, bu bazalar təkcə olduqları bölgənin yox, bütün Ermənistanın təhlükəsizliyini təmin edirlər.

Baydenin 1915-ci il hadisələrini "soyqırım" kimi danıması məsələsinə də toxunan Paşinyan bildirib ki, bu məsələdə yaxın, orta və uzun faktorlu hadisələr böyük rol oynayıb.

Paşinyan bildirib ki, bu, xüsusən Ermənistan diasporunun uzunmüddətli fəaliyyətinin nəticəsidir: "Təbii ki, ikinci hal Türkiyənin regional siyaətini Qərbin bəyənməməsidir. Bir də 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana açıq dəstək verməsi də burada öz rolunu oynayıb", - deyə Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan parlamentində çıxışı zamanı danışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun