“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox hansı ölkə axtarıb?

“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox hansı ölkə axtarıb?
1 May 2021
Mətni dəyiş

Türkiyə istehsalı Pilotsuz Uçuş Aparatı (PUA) olan "Bayraktar TB2" googledə son bir ayda ən çox Ermənistandan axtarışa verilib. 

Dünyanın ən böyük axtarış sistemi olan "Google"-nin məlumatlarına görə, "Bayraktar TB2" son bir ayda sistemdə minlərlə dəfə axtarışa verilib və ən çox da Ermənistandan axtarışa verilib.

Xüsusən İkinci Qarabağ Müharibəsində həll edici rollardan birində olan PUA-lar diqqətləri öz üzərlərinə çəkə bilmişdilər. Məlumatlara görə, axtarışa verən ölkələrin indeksində Ermənistandan sonra Azərbaycan və Türkiyə gəlir.

Yunanıstanda da bu PUA-lara maraq artıb. Yunanıstan "Bayraktar TB2"-ni ən çox axtarışa verən ölkələrin siyahısında dördüncüdür.

“Bayraktar” PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. “Bayraktar TB2” modelinin texniki xarakteristikaları belədir:

Uzunluğu: 6,5 metr

Qanadların genişliyi: 12 metr

Maksimal uçuş çəkisi: 650 kiloqram

Yükgötürmə qabiliyyəti: 55 kiloqram

Maksimal sürəti: 222 km/saat

Kreyser sürəti 130 km/saat

Fəaliyyət radiusu: 150 kilometr

Tavanı: 8200 metr

Avtonomluğu: 24 saat

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun