Vyosa Osmani Kosovo prezidenti seçilib

Vyosa Osmani Kosovo prezidenti seçilib
5 Aprel 2021
Mətni dəyiş

Kosovanın yeni prezidenti Vyosa Osmani olub. O, Kosovo Məclisindəki səsvermədə prezident seçilib.

İqtidarda olan Qərar Ver Hərəkatının namizədi Osmani səsvermənin üçüncü turunda 71 millət vəkilinin səsini qazanıb və ölkənin yeni prezidenti olub.

120 mandatlıq Kosovo Məclisindəki səsvermədə 82 millət vəkili iştirak edib. 11 millət vəkilinin səsi etibarsız sayılıb.

Vyosa Osmani 1982-ci ildə Kosovanın Mitrovica kəndində dünyaya gəlib və ilk təhsilini də burada alıb. Priştina universiteti hüquq fakültəsini bitirən Osmani, ABŞ-da Pitsburqq universitetində magistr və doktorantura təhsili də alıb.

Gəncliyində LDK-ya qoşulan Osmani bir müddət bu partiyadan millət vəkili olub. Kosovo Məclisinin sədri vəzifəsini icra edən Osmani, köhnə prezident Haşim Thaçinin istefasından sonra isə qısa müddət prezident müavini kimi prezidentin vəzifəsini icra edib.

Osmani beynəlxalq hüquq və ticarət hüququ sahələrində bəzi kitablar, məqalələr, monoqrafiyalar və araşdırmalar dərc etdirib.

Evlidir, iki uşağı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun