Rusiya: "Putin Qırğızıstan və Tacikistan arasında vasitəçilik edə bilər"

Rusiya: "Putin Qırğızıstan və Tacikistan arasında vasitəçilik edə bilər"
30 Aprel 2021
Mətni dəyiş

Kremlin sözcüsü Dimitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Qırğızıstan və Tacikstan arasındakı böhranın aradan qaldırılması üçün vasitəçilik edə bilər. 

O, bu barədə günlük mətbuat konfransında açıqlama verib. Peskov hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunduğunu xatırladıb.

Rusiyanın iki ölkə sərhədində baş verən gərginliklərdən narahat olduğunu qeyd edən Peskov əlavə edib ki, hər iki ölkənin xarici işlər nazirləri ilə dialoq içindədirlər. O qeyd edib ki, hələlik qaəbul edilən atəşkəsi düzgün qərar hesab edirlər və ümid edirlər ki, bu davamlı olacaq. Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada hər iki tərəfdən 13 nəfər həyatını itirib, 165 nəfər yaralanıb.

Qarşıdurmalar çərşənbə günü sərhəddəki bir sahilə nəzarət kamerası qoyulduqdan sonra başlayıb. Tərəflər atəşkəs və qoşunların geri çəkilməsi barədə razılığa gəlsələr də, qarşıdurmalar davam edib.

Qırğızıstan həyatını itirənlərin sayını açıqlasa da, Tacikistana dair məlumatlar qeyri-müəyyən olaraq qalır. Digər tərəfdən, Qırğızıstan Prezidenti Sadır Caparov sosial mediada verdiyi açıqlamada "Qırğızıstanın bütün sakinlərini, hər şeydən əvvəl siyasi qüvvələri və medianı sakit olmağa, təxribatlar qarşısında baş əyməməyə, düşmənçilik və fikir ayrılıqlarına səbəb olmamağa çağırıram" deyib. Bundan əlavə, bölgədəki 800-ə yaxın Qırğızıstan vətəndaşının təhlükəsiz bölgəyə təxliyə edildiyi öyrənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun