İran Avropa Birliyi ilə bütün danışıqları dayandırıb

İran Avropa Birliyi ilə bütün danışıqları dayandırıb
13 Aprel 2021
Mətni dəyiş

"Bəzi iranlı şəxslərə və İranın dövlət qurumlarına tətbiq olunan sanksiyaları pisləyirik. Bu qərarın İran üçün heç bir dəyəri yoxdur"

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözcüsü Said Hatipzade deyib. Said Hatipzade bildirib ki, Avropa Birliyi ölkələri Amerikanın qanunsuz saksiyalarına susdular və bu sanksiyalara şərik oldular.

İranın Xarici İşlər Nazirliyinin sözcüsü deyib ki, İran bu qərardan sonra Avropa Birliyi ilə terror, narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya mövzularında bütün danışıqları dayandırır. Said Hatipzade deyib ki, bu sanksiya qərarlarına cavab olaraq İran da bəzi Avropa ölkələri ilə bağlı sanksiya qərarları verəcək.

Avropa Birliyi insan hüquqlarının kobud və sistemli şəkildə pozulmasına görə irana qarşı tətbiq olunan sanksiyaların müddətini 2022-ci ilə qədər uzadıb. Bu sanksiyalar İrana qarşı 10 ildir tətbiq olunurdu. Bundan əlavə, Avropa Birliyi sanksiya tətbiq olunanların siyahısına İranın 3 dövlət qurumunu və 8 nəfər səlahiyyətli şəxsini də əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun