Ermənilər Fransada türk ailəsinə hücum ediblər, ağır yaralılar var

Ermənilər Fransada türk ailəsinə hücum ediblər, ağır yaralılar var
26 Aprel 2021
Mətni dəyiş

Fransanın Saint-Die-Des-Vosges kəndində bir qrup erməni türk ailəsinə hücum edib. Hücum nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

40 nəfərlik qrupdan ibarət olan ermənilər hücumu türk ailənin evinə gedərək həyata keçiriblər. Ailə başçısı bildirib ki, 24 apreldə ermənilər əvvəlcə maşını oğlunun üzərinə sürməklə hücuma başlayıblar. O bildirib ki, hücum edənlərin əllərində bıçaq və dəmir olub.

Hadisədə yaralanan 4 nəfərdən üçü xəstəxanaya yerləşdirilib, birinin başında çat yaranıb. Yaralananlardan biri isə əməliyyat olunub.

Məlumata görə, ermənilərdən ibarət qrupun nümayəndələri hücumdan sonra ərazidən uzaqlaşarkən havaya atəş açıblar. Qrupun içərisində 44 günlük Qarabağ müharibəsi zamanı döyüşmək üçün Qarabağa gələn şəxslərin də olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun