Sülhməramlıların enerji təminatına 1,3 milyon manat xərclənəcək

Sülhməramlıların enerji təminatına 1,3 milyon manat xərclənəcək
18 Mart 2021
Mətni dəyiş

“Azərişıq” ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalı xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək. Sülhməramlılar 44 günlük Qarabağ müharibəsindən sonra imzalanan 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq Qarabağda fəaliyyət göstərirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun