Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco" ən gəlirli şirkət titulunu "Apple"yə verib

Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco" ən gəlirli şirkət titulunu "Apple"yə verib
22 Mart 2021
Mətni dəyiş
Səudiyyə Ərəbistanına aid olan dünyanın ən böyük neft ixracatçısı Aramco şirkəti 2020-ci ildə "ən çox gəlir əldə edən şirkət" ünvanını Amerikan şirkəti olan Apple şirkətinə verib. Covid-19 virusunun vurduğu zərərlərə görə 2020-ci ildə yanacağa ehtiyacın azalması səbəbindən Aramco-nun illik gəliri 44 faiz azalaraq 49 milyard dollara düşüb.
Digər tərəfdən modern texnologiyaya ehtiyac artdıqca IPhone telefonlarının istehsalçısı Apple-nin təmiz gəliri 57,4 milyard dollara yüksəlib və Aramconun dünya şirkətləri arasındakı liderliyinə son qoyub.
Pademiya səbəbindən dünya iqtisadiyyatının yenidən formalaşarkən qısa müddətlik də olsa neftin qiyməti həddən artıq aşağı düşdüyü üçün 2020-ci ildə Aramco-nun illik gəliri böyük ölçüdə azaldı. Eyni zamanda evlərindən bayıra çıxmayan alıcılar iPhone, iPad və Mac kompyuterləri almağa davam etdi. Xüsusilə 2020-ci ilin sonlarına doğru, noyabr və dekabr aylarında Apple şirkətini gəlirləri görünməmiş dərəcədə artmağa başladı. Təkcə həmin o iki ayda şirkətin təmiz gəliri 22,8 milyard dollara yüksəldi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun