Rusiya müdafiə nazirinin müavini hərbi şəhərciyin açılışı üçün Qarabağa gəlib

Rusiya müdafiə nazirinin müavini hərbi şəhərciyin açılışı üçün Qarabağa gəlib
31 Mart 2021
Mətni dəyiş
Aprelin sonlarında Qarabağda Rusiya sülhməramlıları üçün səyyar hospital qurulacaq, bu barədə jurnalistlərə Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov bildirib. O, Xankəndində 250 nəfərlik növbəti blok-modul tipli şəhərciyin açılış mərasimində iştirak edib. Üç ay ərzində Dağlıq Qarabağda ümumilikdə 12 modul tipli şəhərcik salınıb. Bulqakovun sözlərinə görə, yaxın gələcəkdə Laçın və Şuşa da daxil olmaqla, müxtəlif yaşayış məntəqələrində bir o qədər daha şəhərcik salınacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 5 illik üçtərəfli saziş imzalandıqdan sonra Qarabağa 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun