Mərakeşli müğənni israilli müğənni ilə duet oxuduğu üçün həbs edilib

Mərakeşli müğənni israilli müğənni ilə duet oxuduğu üçün həbs edilib
11 Fevral 2021
Mətni dəyiş

Mərakeşli müğənni Sanaa Muhammed israilli müğənni Elkana Marziano ilə oxuduğu duetə görə problem yaşayıb. Duetin internetdə yayılmasından sonra ölüm təhdidləri alan Muhammed küveytdə həbs olunub. 

Muhammed duetə görə üzləşdiyi tənqidlərdən yayınmaq üçün gözlərdən uzaqlaşmış, hətta İsrailin Channel12 telekanalı ilə əvvəlcədən planlaşdırılan müsahibəsindən imtina etmişdi.

Marziano isə məsələ ilə bağlı açıqlama verib: "Biz çox görüşürük. Ərəb dilini biraz bilirəm. O Mərakeşdə yaşayır və mən mərakeşliyəm. Yəni, bu dueti reallaşdırmaq həyəcan verən bir şey idi və mənim üçün böyük hədiyyə idi", - deyə israilli müğənni Elkana Marziano bildirib. |

Həbs olunan Sanaa Muhammedin yaxınları bildirib ki, Sana Küveytdə qorxunc bir vəziyyətdə saxlanılıb: "İsraillə Küveyt arasında diplomatik münasibətlər olmadığı üçün həbs edilib. Buna baxmayaraq o, sərbəst buraxılacağına və evə qayıdacağına inanır", - deyə mərakeşli müğənninin yaxınları bildirib.

2020-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyinlə birlikdə Mərakeşin də İsraillə diplomatik münasibətlər quracağı açıqlanmışdı.

[embed]https://youtu.be/XRZsFq2TiJc[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun