İlham Əliyev Ermənistandakı vəziyyətdən danışıb: Köçəryan və Sarkisyan 20 il ölkəni iflasa uğradıblar

İlham Əliyev Ermənistandakı vəziyyətdən danışıb: Köçəryan və Sarkisyan 20 il ölkəni iflasa uğradıblar
26 Fevral 2021
Mətni dəyiş
Fevralın 26-da xarici jurnalistlər üçün keçirilən böyük mətbuat konfransında prezident İlham Əliyev çoxsaylı məsələni qeyd edib. Prezident Ermənistandakı vəziyyətlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. "Ermənistanda vəziyyət onların daxili işidir. Bu hadisələr dövlətçiliyi pozur, bunun günahkarı ölkənin keçmiş rəhbərləri Köçəryan və Sarkisyandır ki, 20 il ölkəni iflasa uğradıblar", –İ.Əliyev Ermənistanın vəziyyəti ilə bağlı sualın cavabında bildirib. "Onlar torpaqlarımızı nə qədər çox işğal altında saxladılarsa, onların vəziyyəti bir o qədər pisləşdi və biz həmişə Ermənistanı iqtisadi tənəzzülə çatdırmağı məqsəd qoymuşduq, çünki onlar torpaqlarımızı azad etməkdən imtina edirdilər. Lakin onlar bunu dərk etmədilər, 2018-ci ildə iqtidara gələn hakimiyyət də eyni yolla getdi. Müharibənin nəticələri dəyişdirilə bilməz, 10 noyabr sazişi yerinə yetirilir, lakin müzakirə olunan məqamlar var. Əgər bu, olmasa, Ermənistan daha da ağır vəziyyətə düşəcək. Ermənilər və onun xarici havadarları yeni reallığı qəbul etməlidirlər". Prezident həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rus "İskəndər" raketləri haqda ölkədə siyasi böhrana səbəb olan son açıqlaması haqda jurnalistin sualına da cavab verib. Ermənilər müharibə zamanı "İskəndər" raketlərindən istifadə ediblərmi? Bu sualın cavabında prezident deyib: "Biz bu raketləri görmədik. Yoxlamalar göstərdi ki, bizim ərazimizdə “İskəndər”in atışı olmadı. Raket partlaması 10%-dir, bu, lətifədir. Onlar Gəncəyə “Skad” və “Toçka U” raketləri atdılar. Bu, baş verəndə mən prezident Putindən xahiş etdim ki, Ermənistandakı qaynar başları soyutsun və erməniləri bundan əl çəkməyə çağırsın. Əks halda biz Yerevana və digər şəhərlərə zərbələr endirəcəyik. Biz bunu təkcə Naxçıvandan deyil, başqa yerlərdən də edə bilərdik və raketlərimiz də buna imkan verirdi. Mən Rusiya tərəfinə təklif etdim ki, belə bir ssenariyə yol verməmək üçün "İsgəndər" raketlərini Ermənistandan çıxarsınlar. Təəssüf ki, Rusiya Ermənistana bütün bu silahları pulsuz göndərirdi və indi Rusiya tərəfi deyir ki, Ermənistan Silahlı Qüvvələrini müasirləşdirməyə hazırdır. Amma əgər uzunmüddətli sülh haqda danışırıqsa, bunu etməyə dəyərmi?", -İ.Əliyev deyib.    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun