Bu il ilk dəfə Amerika və Rusiyadan Suriyaya hava zərbələri

Bu il ilk dəfə Amerika və Rusiyadan Suriyaya hava zərbələri
26 Fevral 2021
Mətni dəyiş

Amerika Silahlı Qüvvələri İraqa hücumlarla bağlılığı olması səbəbindən Sruriyada İranın dəstəklədiyi qruplara aid bir hədəfi bombalayıb. Amerika mətbuatında yayılan xəbərlərə görə, hava hücumuna Amerika prezidenti Co Bayden razılıq verib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, prezident Baydenin təlimatı ilə Amerika Silahlı Qüvvələri Şərqi Suriyada İranın dəstəklədiyi qruplara aid bir qurğuya hava zərbələri endirib.

Bu hücumun son vaxtlar İraqa edilən hücumlara cavab olduğunu deyən Kibri əlavə edib ki, bu hücum xüsusilə Kətaib Hizbullah və Kətaib Seyid Şüheda daxil olmaqla İranın dəstəklədiyi qrupların sərhəd-nəzarət nöqtəsində olan bir çox təsisatını məhv edib.

Con Kirbi deyib ki, hücum İŞİD-ə qarşı koalisiyada iştirak edən ölkələrlə razılaşdırıldıqdan sonra və bölgədə vəziyyəti gərginləşdirməyəcək şəkildə təşkil olunub.

Bununla yanaşı, Rusiya Hərbi Hava Qüvvələri ötən sutka ərzində Suriyanın şərqində İŞİD terror təşkilatının mövqelərinə 12 dəfə hava zərbəsi endirdiyini açıqlayıb. Bu hava zərbələri nəticəsində İŞİD-in 4 ədəd maşını sıradan çıxarılıb və beş sığınacağı dağıdılıb.

Suriya və Rusiya mənbələri, İŞİD terror təşkilatının İordaniya-Suriya sərhədində yerləşən və ABŞ-ın nəzarətində olan ət-Tənif bölgəsindən gəldiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun