Qarbaçov da Amerikada baş verənlərlə bağlı danışıb

Qarbaçov da Amerikada baş verənlərlə bağlı danışıb
9 Yanvar 2021
Mətni dəyiş

Sovet İttifaqının son lideri Mixail Qorbaçov Rusiya mətbuatına açıqlamasında ABŞ prezidenti Donald Trampın tərəfdarlarının konqres binasına basqını ilə bağlı məsələni şəeh edib.

Qorbaçov ABŞ konqresindəki hadisələrin ABŞ-ın bir dövlət olaraq gələcəyi ilə bağlı suallar doğurduğunu bildirib.

"Capitol Hill-in işğalının əvvəlcədən və kimlər tərəfindən planlaşdırıldığı aydındır. Vaşinqtonda baş verən hadisələr ABŞ-ın bir dövlət olaraq gələcəyi ilə bağlı suallar yaratdı", - deyə Qarbaçov bildirib.

Bir müddət keçdikdən sonra bu olanların əsil səbəbinin üzə çıxacağını deyən Qarbaçov düşünür ki, yeni nəsil insanlar silahlanmanın axırının ölüm olduğunu başa düşəcəklər və bununla bağlı açıqlamalar verəcəklər: "Tədricən silahlanma dayandırılacaq. Silah yarışından imtina istiqamətində bir dönüş olacaq, buna əminəm", - deyə o, vurğulayır.

Qorbaçov Rusiyada tərksilah müqaviləsini imzaladığı dövrdə çətinlik çəkdiklərini amma buna müvəffəq olduqlarını bildirib. Deyib ki, sülh tərəfdarları birləşib bu məsələni önə çıxarmalıdır və liderləri bununla bağlı bir yol düşünməlidir.

"Çıxış yolu tapılacaq və yeni silah növləri nəzərə alınaraq yeni müqavilələr hazırlayacaq. Ümidlərimizi itirməməliyik. Gənclərə olan ümidlərimi itirmərəm", - deyə Sovet İttifaqının son lideri Mixail Qorbaçov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun