Borrel Qarabağ, Suriya və Liviyadakı münaqişələrin " astanalaşmasına" imkan verməməyə çağırır

Borrel Qarabağ, Suriya və Liviyadakı münaqişələrin " astanalaşmasına" imkan verməməyə çağırır
5 Dekabr 2020
Mətni dəyiş

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə "astanalaşır" (Suriyada nizamlanma üzrə Astana formatı ilə analogiya), yəni Aİ-ni nizamlanma prosesindən sıxışdırır. Müvafiq bəyanatla o, öz bloqunda çıxış edib, cümə axşamı TASS bildirib.

"Dağlıq Qarabağ, Liviya və Suriya kimi münaqişələrdə biz regional münaqişələrin "astanalaşma" (Suriya üzrə Astana formatına uyğun) formasını müşahidə edirik. Bu, Avropanın Rusiya və Türkiyənin xeyrinə regional münaqişələrin nizamlanması prosesindən çıxarılmasına aparır”, - o bildirib.

Barrelin sözlərinə görə, Aİ İttifaqın maraqlarının risk altında olduğu yerlərdə olmalıdır. "Ona görə də biz öz potensialımızdakı bir çox boşluqları aradan qaldırmalıyıq, həmçinin maraqlarımızın risk altında olduğu yerlərdə fəal iştirak etməliyik", - o əlavə edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun