Amerikanın təhdid kimi gördüyü Çin və Rusiyaya qarşı həyata keçirəcəyi potensial siyasət

Amerikanın təhdid kimi gördüyü Çin və Rusiyaya qarşı həyata keçirəcəyi potensial siyasət
23 Dekabr 2020
Mətni dəyiş

Cümhuriyyət qəzetinin yazarı Mehmet Ali Güller ABŞ Hərbi Dəniz Qüvvələri, Sahil Təhlükəsizlik Komandirliyi tərəfindən hazırlanan "Dənizdəki üstünlük - Bütün sahələrdə Dəniz Qüvvələri ilə hökmranlıq" adlı hesabatı təhlil edib. Hesabatda ABŞ-ın əsas təhdid kimi gördüyü Çin və Rusiyaya qarşı həyata keçirəcəyi potensial siyasətə nəzər salınıb.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri, və Sahil Təhlükəsizlik Komandanlığı 17 dekabrda ortaq hesabat hazırlayıblar. Hesabatı ABŞ Dəniz Qüvvələri Komandiri General David H. Berger, Dəniz komandiri Amiral Michael M. Gilday və ABŞ Sahil Təhlükəsizlik Komandiri Admiral Karl L. Schultz imzalayıblar.

Üç missiyalı strateji hesabatda dünya okeanlarının ABŞ-ın milli təhlükəsizliyi və rifahında vacib rol oynadığı, ABŞ-a bu sahədə təhdid olan Çin və Rusiyaya qarşı nələrin edilməli  olduğu qeyd olunub.

Hesabatda iki diqqət çəkən məqam

1. ABŞ üçün Rusiya və Çinin dənizdə rəqib olduqları qətiləşib.

2. Çin ABŞ üçün uzunmüddətli strateji təhlükə kimi görülüb.

Hesabata görə Çin

Çini uzunmüddətli strateji təhlükə elan edən hesabatda qeyd olunub ki, "Çin uzunmüddətli iqtisadi və hərbi potensialı səbəbindən ABŞ-a geniş şəkildə meydan oxuya biləcək yeganə rəqibdir.

Hesabatda Çinin altı hədəfəinin olduğu deyilir:

1. Beynəlxalq dəniz menecmentini aşındırsın

2. Ənənəvi loqistika mərkəzlərinə girişin qarşısını alsın.

3. Dənizlərin azadlığını məhdudlaşdırsın.

4. Strateji nöqtələri idarə etməyə çalışsın.

5. ABŞ-ın regional mübahisələrə qarışmasının qarşısını alsın.

6. ABŞ-ın bütün dünyada üstünlük verilən tərəfdaş kimi mövqeyini məhv etsin.

Hesabata görə Rusiya

Hesabatda Rusiyanın ordusunun modernləşdirilməsinə davam etdiyi və Moskvanın nüvəbaşlıqlı və inkişaf etmiş raket sistemlərinə, hücum və kəşfiyyat sualtı qayıqlarına, bombardmançı təyyarələrə, raket freqatlarına, döyüş təyyarələrinə, müasir hava hücumundan müdafiə sistemlərinə üstünlük verdiyi bildirilir.

Hesabatda Rusiya ilə bağlı diqqət çəkən məqamlar

1. Rusiya münasibətlərinin pis olduğu Amerikaya və ya Avropa ölkələrinə qarşı kiber və ya kinetic hücumlar həyata keçirə bilər.

2. Sualtı rabitə kabellərinə hücum edərək qlobal iqtisadiyyata ciddi təsirləri ola bilər.

3. Nüvə silahının istifadəsinin müharibədəki məğlubiyyətin qarşısını ala almağa və ya qisas alınmasına kömək ola biləcəyini düşünür. ABŞ aqressiv strategiya tətbiq etmək istəyir Təhlilə görə, ABŞ Donanması, Dəniz Qüvvələri və Sahil Təhlükəsizlik Komandanlığı 36 səhifəlik hesabatla Çin və Rusiyanın dənizdəki revizionist yanaşmalarının ABŞ-ın mənafelərini təhdid etdiyini, ittifaqları və ortaqlıqları pozduğunu, eyni zamanda, beynəlxalq nizamı tələbləri pozduğunu iddia edir.

Hesabatda bildirilir ki, Çin və Rusiyanın bu meylləri bu gün nəzarətə alınmasa, Amerikanın Dəniz Qüvvələri yaxın on ildə dənizdəki üstünlüklərini və Amerikanın maraqlarını qorumaq üçün kifayət etməyəcək.

Hesabatda Amerikanın atmalı olduğu altı addım qeyd olunur

1. ABŞ-ın ittifaqları və ortaqlıqlarının Çin və Rusiyaya qarşı əsas strateji üstünlükləri əldə saxlaması və inkişaf etdirməsi bildirilir.

2. Müharibəsiz siyasətin ABŞ-a strateji olaraq fayda gətirəcəyi bildirilir.

3. Rəqabətin münaqişəyə çevrilməsinin qarşısını almaq üçün kritik hərbi üstünlüklərin qorunmasının vacib olduğu bildirilir.

4. ABŞ-ın hərbi təcavüzlərin qarşısını almaq üçün müttəfiqləri ilə birlikdə addımlar atmalı olduğu bildirilir.

5. Düşmənin dənizdən istifadə etməsinin qarşısını almağın yolu kimi, münaqişə bölgələrində dənizlərin nəzarətə alınmalı olduğu bildirilir.

6. Dənizdə üstünlük qazanmağın yolu kimi, modernləşmə göstərilir. Strateji üstünlüyünü qorumaq üçün ABŞ-ın daha kiçik və daha yaxşı manevr imkanları olan, uzaqdan idarə olunan gəmilərə əsaslanan dəniz modernləşdirməsini planlaşdırmasının lazım olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun