Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb

Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb
16 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 15-də  Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov ilə Azərbaycan və Ermənistan Xarici İşlər Naziri arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN məlumat yayıb. Açıqlamada deyilir ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya Federasiyası Prezidentlərinin bu il 9 Noyabr tarixli Birgə Bəyanatının həyata keçirilməsini, o cümlədən Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilməsi və səlahiyyətlərinin səmərəli yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı tapşırıqları müzakirə ediblər.

Lavrov Bayramov və Mnatsakanyana Rusiya Federasiyası Prezidentinin bu il 13 noyabr tarixli fərmanına uyğun olaraq yaradılan Humanitar  Müdaxilə Mərkəzinin fəaliyyət planları barədə ətraflı məlumat verib.

Xarici işlər nazirləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisi, UNESCO, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər çoxtərəfli təşkilatlarla münaqişə bölgəsindəki mülki şəxslərin vəziyyətinin yüngülləşdirilməsi və dini və mədəni yerlərin qorunması maraqları naminə əməkdaşlıq qurulmasının vacibliyini vurğulayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun