"2006-dan bəri İran Azərbaycanı və Tehran arasında yaranan çat müharibədən sonra daha da dərinləşdi"

"2006-dan bəri İran Azərbaycanı və Tehran arasında yaranan çat müharibədən sonra daha da dərinləşdi"
26 Noyabr 2020
Mətni dəyiş
Behzad Ciddi deyir ki, 2006-cı ilin may qiyamından sonra İran Azərbaycanı və Tehran arasında yaranan çat daha da dərinləşir. Amerikanın Səsinə danışan milli fəalın sözlərinə görə, İran hakimiyyəti və vətəndaş cəmiyyətinin ikinci Dağlıq Qarabağ müharibəsində sərgilədiyi anti-Azərbaycan mövqeyi bu hissi parçalanmanı dərinləşdirir. “Azərbaycanın mədəni toplumu ilə İranın mərkəz və irançı mədəni toplumu arasında 2006-cı ildən böyük bir çatlaq yaranıb. 2006 etirazlarında fars mədəni toplumu Azərbaycanda etirazçıları döyən, həbs edən və öldürən İran hakimiyyətini qınamaqdansa, hakimiyyəti dəstəklədi. Hakimiyyətə arxa çıxdı,” Ciddi söyləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun