Tehran Qarabağla bağlı nizamlama planı hazırlayıb

Tehran Qarabağla bağlı nizamlama planı hazırlayıb
28 Oktyabr 2020
Mətni dəyiş

İran Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli həlli ilə bağlı təklif hazırlayıb. Bu barədə çərşənbə axşamı İran dövlət televiziyasında çıxış edən İranın XİN başçısı Məhəmməd Cavad Zərif bildirib.

"Mənim siyasi məsələlər üzrə müavinim Abbas Arakçi yaxın günlərdə bu məsələni müzakirə etmək üçün Bakıya və Yerevana səfər edəcək", deyə Zərif qeyd edib.

Planının təfsilatını açıqlamayan nazir qeyd edib ki, münaqişə sülh danışıqları yolu ilə və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla nizamlanmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun