Canlı bloq: Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək [yenilənir]

Canlı bloq: Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək [yenilənir]
9 Oktyabr 2020
Mətni dəyiş
17:59 Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsünü yayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. [embed]https://www.youtube.com/watch?v=z_sLZ5IYQKM[/embed] 17:45 Düşmənin radioelektron mübarizə vasitələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. [embed]https://youtu.be/Sn90NyhtH7U[/embed]   16:55 Düşmənin qoyub qaçdığı və döyüş zamanı əldə olunan hərbi texnikaları Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirilib. "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşməndən götürülən 30-dan çox hərbi texnikaların əksəriyyəti işlək vəziyyətdədir. [embed]https://youtu.be/OTNE-uF1-EQ[/embed]   16:34
Müdafiə Nazirliyi: Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vuruldu
Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.
  16:17 "Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib". Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edirik. [embed]https://youtu.be/3vmn_s46Z4A[/embed]   15:28 "Düşmənin döyüş əməliyyatları zamanı atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənir" Azərbaycan Müdafiə Nazirliyinin hazırladığı görüntüləri təqdim edirik.
[embed]https://youtu.be/dwgj0InaqRo[/embed]
  14:28 Bu gün saat 4-də Moskvada Rusiya və Azərbaycan xarici işlərinin görüşü baş tutacaq. Məlumata görə, görüşdə humanitar məsələlər müzakirə ediləcək. Görüş Rusiyanın təşəbbüsü ilə həyata kecir. Dünən Rusiya rəsmi olaraq tərəfləri Moskvaya dəvət etmişdi. O da qeyd olunmuşdu ki, girovların dəyişdirilməsi və meydanda qalan meyidlərin toplanması üçün, atəşkəs elan olunmalıdır. 14:27 Hazırda düşmən Bərdə Ağdam, Mingəçevir və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:06 Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib. Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir. [embed]https://youtu.be/Qh4u3PzQiGA[/embed]   12:07 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı 27.09-09.10.2020 (saat-12:00) ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası Həlak olmuş dinc sakinlərin sayı – 31 Yaralanmış dinc sakinlərin sayı – 164 Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı - 1054 Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı – 142 Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı – 45 10:52 Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. "Ermənistan silahlı qüvvələrinə qarşı Ordumuz adekvat tədbirlər görür", - məlumatda bildirilib.. 10:45 Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb. Qeyd olunub ki, nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib. [gallery ids="86375"]   10:39 Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Xankəndində yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.   10:37 Cəbhədə şiddətli döyüşlər davam edir. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır. Oktyabrın 9-u səhər saatlarından başlayaraq düşmən Tərtər rayonun Qazyan, Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib. Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, döyüşlər davam edir.
10:35
Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan Müdafiə Nazirliyinin hazırladığı həmin görüntüləri təqdim edirik: [embed]https://youtu.be/jmMuaRDBXpQ[/embed]   10:30 Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərindən hazırlanmış videoörüntülərdə düşmənin məhv edilmiş hərbi texnikalarının qaldığı da görünür. Videoda 27 ildir həsrətində olduğumuz Cəbrayıla Azərbaycan əsgərinin üçrəngli bayrağımızı sancması barədə qürurverici anlar yer alır. Müqəddəs bayrağı öpüb alnına qoyan hərbçilərimiz bütün torpaqlarımızın azad ediləcəyi barədə Ali Baş Komandana şərəf sözü veriblər: “Cənab Ali Baş Komandan, biz söz veririk ki, bütün işğal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq!” [embed]https://youtu.be/jmMuaRDBXpQ[/embed]
10:12  
MN: “Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib” Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib. 09:55 MN: “Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib” Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib. Dünən və ötən gecə ümumilikdə düşmənin itkiləri: - 13 ədəd T-72 tankı - 2 ədəd PDM-i - 4 ədəd BM-21 “Qrad” - 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya - 3 ədəd D-30 haubitsa topu - 2 ədəd radar sistemi - Xeyli sayda avtomobil texnikası. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun