Keçən il ölkədə 3 faizə qədər bahalaşma olub

Keçən il ölkədə 3 faizə qədər bahalaşma olub
3 Fevral 2020
Mətni dəyiş
2019-cu ildə Bakıda istehlak malları və xidmətləri 2018-ci ilə nisbətən 2,8 faiz bahalaşıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib Məlumatda bildirilir ki,ötən il paytaxtda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 3,4 faiz artıb. Təkcə dekabr ayında Bakıda istehlak malları və xidmətləri 0,4 faiz bahalaşıb. O cümlədən ay ərzində ərzaq məhsulları, işçkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun