Ruslan İzzətli seçkidəki rəqibinə görə MSK-nı məhkəməyə verir

Ruslan İzzətli seçkidəki rəqibinə görə MSK-nı məhkəməyə verir
27 Yanvar 2020
Mətni dəyiş
“D18” Hərəkatının rəhbəri Ruslan İzzətli Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. O, yanvarın 27-də Bakı İnzibati Məhkəməsinə şikayəti təqdim edəcəklərini söyləyib. Ruslan İzzətli bildirib ki, onun seçkiyə qatıldığı Xətai rayon 33 saylı Birinci Seçki Dairəsindən yenidən deputatlığa namizəd olan Hüseynbala Mirələmovla bağlı xaricdə yaşayan jurnalist Cavanşir Həsənli araşdırma aparıb və həmin araşdırmada göstərilən faktlarla bağlı MSK-ya sorğu veriblər. “Bununla bağlı MSK-ya iki sorğu göndərdik, birinci sorğuda Hüseynbala Mirələmov 2005, 2010 və 2015-ci illərdə deputat olanda ölkədəki əmlakları və ofşor zonalarda olan mülkləri haqqında məlumat verib-verməməsi qeyd olunmuşdu. İkinci sorğuda sual etmişdik ki, Mirələmov 9 fevral növbədənkənar parlament seçkilərində yenidən namizəddir və ofşor zonalarda şirkətlərinin olduğunu göstəribmi. Təəssüf ki, 6 yanvarda göndərdiyimiz sorğuya MSK cavab xatirinə cavab verib. Məktubda bu barədə bildirişlərin DSK-nın verdiyi qeyd olunub. Amma DSK yerlərdə MSK-nın təmsilçisidir, bütün sorğular Mərkəzi Seçki Komissiyasına göndərilir, onlar yoxlayıb qərar qəbul edirlər. Biz MSK-nin səlahiyyətlərini yerinə yetirmədiyi üçün inzibati qaydada məhkəməyə veririk, çünki doğru cavab verməyib”, - deyə İzzətli bildirib. Turan digər maraqlı tərəflərin movqeyini verməyə hazırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun