Konstitusiya məhkəməsi parlamentin buraxılmasını qanunauyğun sayıb

Konstitusiya məhkəməsi parlamentin buraxılmasını qanunauyğun sayıb
4 Dekabr 2019
Mətni dəyiş
Bu gün Konstitusiya məhkəməsinin iclasında Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə Prezidentinin sorğusu barədə müşavirə keçirilib və hakimlər yekun qərara gəlib.  Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. Qərarda Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğun olduğu bildirilib. İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edib. İclasda çıxış edən məruzəçi-hakim Rafael Qvaladze ölkə Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş “parlamentin buraxılması” məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğu barədə məlumat verib: “Azərbaycan Prezidenti Konstitusiya Məhkəməsindən xahiş edib ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul etsin”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun