Azərbaycanda istehlak kreditləri hər ay 110 milyon manat artır

Azərbaycanda istehlak kreditləri hər ay 110 milyon manat artır
9 Dekabr 2019
Mətni dəyiş
Azərbaycan bankları hər ay təqribən 110 milyon manat yeni istehlak krediti verir. Bu haqdaa Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Noyabrın əvvəlinə olan məlumata görə, ölkə banklarının ümumi istehlak kredit portfeli 6 milyard 431 milyon manatdır. Bu ilin əvvəli ilə müqayisədə  1 milyard 111 milyon manat artıqdır. Xatırladaq ki, iqtisadçıların hesablamasına görə ilin əvvəlində istehlak kreditlərinin artımı mənfidə olub, yəni kreit portfeli artmaq əvəzinə azalıb. Amma sonrakı aylarda istehlak kreditlərinin verilməsi sürətlə artmağa başlayıb. İlk aylar 60-80 milyon mana arasında olan artım, sonrakı aylarda 140-150 milyona çatıb, sentyabrda isə 200 milyon manatı keçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun