Avropa Şurası Azərbaycanda 112 nəfər siyasi məhbus olduğunu bəyan edib

Avropa Şurası Azərbaycanda 112 nəfər siyasi məhbus olduğunu bəyan edib
10 Dekabr 2019
Mətni dəyiş
 Avropa Şurasının Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi belə bir qənaətə gəlib ki, Azərbaycanda bir sıra şəxslər assambleyanın təsnifatına uyğun olaraq “siyasi məhbusdurlar”. Bu qənaət Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gəldiyi faktiki nəticələrə söykənir. Bu haqda Avropa Şurası dekabrın 10-da məlumat yayıb. AİHM məhkəmə sistemindən siyasi motivlə istifadə kimi “narahatedici nümunə”nin olduğunu, məhkəmə qarşısında baxılmalı xeyli sayda oxşar işlərin mövcudluğunu vurğulayır. Bu səbəbdən komitə bildirir ki, “Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır. Komitə Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır, ancaq “indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır”. Komitə təkliflər sırasında hakimiyyəti “narahatedici nümunə”nin mövcudluğunu tanımağa çağırır, bunun “məhkəmənin qərarlarının tam və səmələri həyata keçirilməsi üçün gərəkən ilkin şərt” olduğunu vurğulayır. Azərbaycan parlamenti məruzəçi ilə əməkdaşlığa, hökumətsə Nazirlər Komitəsi ilə tam əməkdaşlığa çağırılır. Komitə özəlliklə İlqar Məmmədov, Anar Məmmədli Rəsul Cəfərovun işinə diqqət verildiyini qeyd edir, onların qarşıdan gələn parlament seçkilərin namizəd kimi qatılmasını təmin etməyə çağırır. Noyabrın 25-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup siyasi məhbus sayılan şəxslərlə bağlı yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 112 nəfərin adı daxil edilib. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısında yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun