Rusların yarısına qədəri bu ölkədə ölüm hökmünün qaytarılmasının tərəfdarıdır

Rusların yarısına qədəri bu ölkədə ölüm hökmünün qaytarılmasının tərəfdarıdır
8 Noyabr 2019
Mətni dəyiş
Rusların təqribən yarısı (49 faiz) ölkədə ölüm hökmünün yenidən tətbiq edilməsinin tərəfdarıdır. Bu haqda Levada analitik mərkəzinin noyabrın 7-də açıqladığı sorğu nəticələrində deyilir. Sosioloqların fikrinə görə rəyi soruşulanların 33 faizi "ölüm hökmünün keçmişdəki (90-cı illərdəki ölçülər nəzərdə tutulur) ölçüdə bərpa olunmasını", 16 faizi isə ölüm cəzasının geniş ölçüdə tətbiqini dəstəklədiyini bildirib. Eyni mövzuda aparılmış 2017-ci il sorğularının nəticələri ilə 2019-cu ildəki sorğuların nəticələrini müqaisə etdikdə məlum olur ki, ölüm cəzasını dəstəkləyənlərin sayı 5 faiz artıb. Sosial sorğudan həmçinin o da məlum olub ki, Rusiyada ölüm hökmünün bərpa olunmasının tərəfdarlarının 53 faizi 40-54 yaşlarında, 54 faizi ilə 55 yaşlarından yuxarı şəxslərdir. Həmçinin, ölüm hökmünü dəstəkləyənlərin arasında təhsil səviyyəsinə görə elə də fərq olmayıb. Belə ki, ölüm hökmünü dəstəkləyənlərin 53 faizi orta təhsillilər, 46 faizi isə ali təhsillilər olub. Rusiyalılar ölüm hökmünə haqq verdikləri beş cinayət isə həddi-bluğa çatmayanlara qarşı cinsi zorakılıq, silsilə qətllər, məqsədli qətllər, terrorçuluq, narkotika alverçiliyi və korrupsiya olub. Xatırladaq ki, son məlumatlara görə Rusiyada son ölüm cəzası 1996-cı ildə tətbiq olunub. Rusiya Cinayət Məcəlləsinin 59-cu maddəsində "Ölüm hökmü" hələ də mövcuddur, ancaq son 23 ildə o tətbiq edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun