Prezident Administrasiyasına yeni təyin olunan rəhbər kimdir?

Prezident Administrasiyasına yeni təyin olunan rəhbər kimdir?
1 Noyabr 2019
Mətni dəyiş

Azərbaycan prezidentinin 1 noyabr tarixli sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının yeni rəhbəri təyin edilib. Bundan öncə o, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib. 

S.Nuriyev 1975-ci il martın 9-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini mühəndis-iqtisadçı ixtisası üzrə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək beynəlxalq inkişaf siyasəti üzrə magistr dərəcəsi alıb.

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin idarənin rəisi vəzifəsinə təyin edilib.

2016-cı il aprelin 12-də ölkə prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 2018-ci il-ci il fevralın 14-də isə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Həmin il aprelin 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun