İlham Əliyev 4 icra başçısını vəzifədən azad edib yenidən başçı təyin edib

İlham Əliyev 4 icra başçısını vəzifədən azad edib yenidən başçı təyin edib
13 Noyabr 2019
Mətni dəyiş

Noyabrın 12-də prezident İlham Əliyev 4 rayon və bir şəhərə yeni icra başçısı təyin edib.

Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Rəsmi məlumata görə, prezidentin qərarı ilə Suraxanı, Yasamal, Zərdab, Şirvanın icra başçıları İlqar Namaz oğlu Abbasov, Əziz İmran oğlu Əzizov, Lütvəli Babəli oğlu Babayev, Mərdan Talıb oğlu Camalov tutduqları vəzifələrdən azad ediliblər.

13 illik icra başçısı təcrübəsi olan Əziz Əzizov Yasamal rayon icra başçısı vəzifəsinə 2018-ci il fevralın 2-də təyin edilmişdi. Bundan əvvəl də, o, 2006-2018-ci illərdə Cəlilabad rayon icra başçısı vəzifəsində işləyib. Ə.Əzizov Suraxanı rayonuna icra başçısı təyin edib.

İlham Əliyev İlqar Abbasovu da Şirvan şəhərinə icra başçısı təyin edib. Onun da bu sahədə böyük təcrübəsi var. İ.Abbasov 15 il müxtəlif rayonlarda başçı kimi işləyib. O, buna qədər 2004-2005-ci illərdə Nərimanov rayon icra başçısı, 2005-2019-cu illərdə isə Suraxanı rayon icra başçısı işləyib.

Keşmiş müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov isə Zərdab rayonuna göndərilib. Camalov 14 il idi Şirvan şəhərində icra hakimiyyətinin başçısı idi.

Yasamal rayonu icra başçısı vəzifəsinə isə deputat Elşad Eldar oğlu Həsənov təyin edilib.

Dövlət başçısı Xətai rayonu icra başçısının müavini Rafiq Çəpərxan oğlu Quliyevi də həmin rayonun icra başçısı vəzifəsinə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun