ABŞ İsrailin işğal etdiyi torpaqlarda hakimiyyətini tanıyıb

ABŞ İsrailin işğal etdiyi torpaqlarda hakimiyyətini tanıyıb
19 Noyabr 2019
Mətni dəyiş
ABŞ bundan sonra İsrailin İordan çayının qərb sahillərində inşa etdiyi yaşayış massivlərini beynəlxalq hüquqa zidd saymayacaq. Bu haqda ABŞ dövlət kativi Mayk Pompeo noyabrın 18-də bildirib. Pompeo deyib ki, diskussiya tərəflərinin arqumentlərini diqqətlə öyrəndikdən sonra 1978-ci ildəki ABŞ administrasiyasının siyasətini dəyişməyə qərar veriblər. Belə ki, həmin dövrdə İsrailin Fələstin torpaqlarında tikdiyi yaşayış məntəqələri beynəlxalq hüquqa zidd hesab olunurdu. İsrail rəsmiləri Pompeonun bu bəyanatından şadlığını bildirib. İsraiyin baş naziri Benyamin Netanyahu ABŞ-ın bu addımını "tarixi səhvin" düzəldilməsi adlandırıb və başqa ölkələrin də ABŞ-a qoşulmasına çağırış edib. Avropa Şurasının xarici siyasət və təhlükəsizlik üzrə baş katibi Frederik Moqerini isə Avropa Birliyinin öz mövqeyini dəyişmədiyini: "İsrailin bu addımlarının beynəlxalq hüquq baxımından qeyri-qanuni olduğunu" vurğulayıb. AB-nin mövqeyinə görə İsrailin bu cür hərəkətləri Fələstinlə barışığı və birgəyaşayışı olduqca çətinləşdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun