"Freedom House" vəkil Nemət Kərimliyə təzyiqləri pisləyib

"Freedom House" vəkil Nemət Kərimliyə təzyiqləri pisləyib
25 Sentyabr 2019
Mətni dəyiş

"Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir".

Bu barədə 'Freedom House' hüquq-müdafiə təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Mark Berendt bildirib.

"Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar".

Təşkilatın açıqlamasında deyilir ki, vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir.

Bəyanatda deyilir ki, Freedom House Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun