Musavatçı fəalın məhkəməsi təxirə salındı

Musavatçı fəalın məhkəməsi təxirə salındı
15 İyul 2019
Mətni dəyiş
İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin iclas başlayandan dərhal sonra hakim İradə Həsənova elan edib ki, vəkil Osman Kazımovun vəsatrəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya hələ cavab verilməyib. Bu səbəbdən məhkəmə 22 iyul saat 12:30-dək təxirə salınıb.
Qeyd edək ki, sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polis İdarəsi məhkəmənin heç bir sorğusuna cavab vermir. Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun