Azad Həsənovun məhkəməsi: 'BŞBPİ-nə 7 mayda göndərilən sorğuya hələ də cavab verilməyib'

Azad Həsənovun məhkəməsi: 'BŞBPİ-nə 7 mayda göndərilən sorğuya hələ də cavab verilməyib'
29 İyul 2019
Mətni dəyiş

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Azad Həsənovun özü və vəkili Osman Kazımov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Məhkəmədə vəkil Osman Kazımovun verdiyi vəsatətə baxılan zaman prokurorun münasibətini öyrənən məhkəmə vəsatətin "əsassız olduğundan" təmin olunmaması barədə qərar qəbul edib.

O.Kazımov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsindən qeydiyyat məsələsini aydınlaşdırmaq üçün vəsatətlə bağlı sorğu 7 mayda verilsə də, hələ də heç bir cavab gəlməyib.

Vəkil bununla bağlı tədbir görülməsini məhkəmədən xahiş edib. Daha sonra prosesin 5 avqust saat 12:00-da davam edəcəyi elan olunub.

Xatırlatma

2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu durumu olub. Elə həmin gün - oktabrın 11-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun