Repressiyalar ReAl-dan da yan keçmir: partiya üzvü Emin Babayevi həbs etmək istəyirlər

Repressiyalar ReAl-dan da yan keçmir: partiya üzvü Emin Babayevi həbs etmək istəyirlər
5 May 2019
Mətni dəyiş
ReAl partiyasının üzvü Emin Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olundu və o, məhkəmə qarşısına çıxarıldı. Bu barədə AzadlıqRadiosuna partiyanın icra katibi Natiq Cəfərli məlumat verdi. Cəfərlinin sözlərinə görə bu gün, mayın 4-ü səhər saat 11 radələrində Babayevə iki nəfər yaxınlaşaraq ona polis bölməsinə getmək lazım olduğunu dedilər. Bölmədə onun barəsində "küçədə nalayiq ifadələrlə telefonla danışarkən polislərin qanuni tələblərinə tabe olmamasına" görə protokol tərtib ediblər, amma bölmədə ona ünvanlanmış sualların çoxusu sosial şəbəkələrdə fəaliyyəti və ReAl partiyası haqqında idi. "Sonra Emini Səbayil Rayon Məhkəməsinə apardılar. Məhkəmənin növbətçi hakimi İlkin Rüstəmli qərarın çıxarılmasını təxirə salaraq, prosesi ayın 6-na təyin etdi". Mayın 5-də Emin Babayevi 8-ci polis bölməsinə kağızları imzalamağa aparıblar, amma ReAl üzvlərinin məlumatına görə məhkəmə qərarı olmadan Emin Babayev hələ də polis bölməsində saxlanılır. Xatırladaq ki, Emin Babayev mərhum müğənnimiz Mirzə Babayevin nəvəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun