Deputat: 'Hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır'

Deputat: 'Hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır'
21 May 2019
Mətni dəyiş

"Azərbaycanda dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır".

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, büdcənin icrası ilə bağlı müzakirələrə qeyri-hökumət təşkilatlarını, siyasi partiya rəhbərlərini, onları tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır.

"Qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Hamı görsün ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır".

Vahid Əhmədov Maliyyə Nazirliyinin fəaliyyətini də tənqid edib. Bildirib ki, Maliyyə Nazirliyi il boyu bir dəfə də tədbir keçirib, vacib məsələlərin müzakirəsinə imkan yaratmır.

"Təklif edərdim ki, nazirlik beynəlxalq təşkilatlarla birgə ildə heç olmasa bir dəfə investisiyalarla bağlı müzakirələr aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir".

V.Əhmədov millət vəkili seçildiyi Quba rayonunun yol problemlərindən də danışıb:

"Qubanın Qonaqkənd ərazisində son 70 il ərzində yol çəkilməyib. Rayonda 5 çay var, lakin indiyə qədər çayların üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 2 ildə körpülər salınır".

Report-un məlumatına görə, tədbirdə DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov da çıxış edib.

Onun sözlərinə görə, şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması sıfıra endirilib.

Həmçinin DGK rəsmisi bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib:

“Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.

Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: "Bir günə bu rəylə necə tanış olmaq olar?"

Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib:

"Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun".

Deputat Ziyad Səmədzadə isə parlamentin iclasında bildirib ki, Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlanırılması barədə fikirlərlə, iddialarla razılaşmır.

Komitə həmçinin deyib ki,  büdcə modelinin dəyişməsinə, yeni modelin tətbiqinə də ehtiyac görmür:

"Allah eləməsin ki, büdcə modelimiz dəyişsin. Bu dəyişiklik mənə, xalqıma, dövlətimə lazım deyil. Bu, çox ziyanlı və təhlükəlidir. Azərbaycanın büdcəsi əsl inkişaf büdcəsidir, sosialyönümü büdcədir".

Z. Səməzadə  daha sonra deyib ki, dövət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır:

“Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzaikrələrin aparılması barədə təkliflər də məqbul sayılmalıdır. Hazırda 25 milyardıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyini görürük. İdman-olimpiya kompeksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Onaq görə bir daha belə hesab edirəm ki, büdcə modelini dəyişmək lazım deyil”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun