Avropa Birliyi Ukraynadan bu islahatları gözləyir: Təhlükəsizlik xidməti iqtisadiyyatdan uzaq dursun

Avropa Birliyi Ukraynadan bu islahatları gözləyir: Təhlükəsizlik xidməti iqtisadiyyatdan uzaq dursun
23 May 2019
Mətni dəyiş
Ukraynanın Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti əkskəşfiyyat, terrorçuluğa qarşı və dövlət sirrlərinin qorunması ilə məhdudlaşmalıdır. Bu haqda Avropa Birliyinin Kiyevdəki baş təmsilçiliyinin katibi Annika Vaydemann deyib. Xəbəri Ukraynada fəaliyyət göstərən "UNİAN Xəbər Agentliyi" yayıb. Avropa Birliyi Ukrayna ilə imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində bu ölkəyə islahatlarla bağlı təkliflərini verir. Vaydemannın sözlərinə görə "Ukrayna Təhlükəsizlik Xidməti iqtisadi sferaya və mütəşəkkil cinayətkarlığa nəzarətdən kənarlaşdırılmalıdır. Bu islahatları ən qısa zamanda keçirmək lazımdır". Avropa Birliyinin təmsilçisi bu siyasətin Ukrayna hökümətinə beynəlxalq səviyyədə və ölkə daxilində etibarın artması üçün lazımlı olduğunu düşünür. Bundan əlavə AB Ukraynada Ali Radaya seçkilərdən sonra onun daxilində məhkəmə və hüquq-mühafizə sektorlarının yaradılmasını önəmli hesab edir. AB-nin Ukraynadan gözlədiyi islahatlar həmçinin prokurorluq orqanları ilə də bağlıdır. Qeyd edək ki, 2017-ci ilin iyul ayında AB artıq Ukraynanı Təhlükəsizlik Xidmətində islahatlar etməyə çağırmışdı. AB idda edir ki, Təhlükəsizlik Xidməti korrupsiyayla mübarizədə heç bir iş görə bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun