Özü də facebookda var - sosial şəbəkələri bağlamağa çağırır

Özü də facebookda var - sosial şəbəkələri bağlamağa çağırır
11 Fevral 2019
Mətni dəyiş

Artıq dəfələrdir Azərbaycanda sosial şəbəkələrin bloklanmasına çağırışı edən millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev növbəti dəfə müsahibə verərək sosial şəbəkələr haqda narazılığını bildirib.

Deputat müsahibəsində sosial şəbəkələrin bağlanmasını əsas xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün istədiyini bildirib:

"Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik".

Deputat deyib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var:

"Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb..."

"Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur".

Deputat bildirib ki, lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərlər.

"Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik".

"Youtube-u Azərbaycanda baza qurmağa dəvət etmək olar"

Musa Quliyev deyib ki, əgər kimsə onlarla ünsiyyətə girmək istəsə, onların sosial şəbəkəsinə girsin, yaxud da "Youtube" və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar.

"Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə məşğul olur".

Kiçik bir araşdırma edərək millət vəkilinin özünün də facebookda Musa Urud adıyla olduğu, hətta mütəmadi yenilənən bir hesabdan əlavə öz adına açılmış bir səhifəsi də olduğunu görmək mümkündür.

[caption id="attachment_73987" align="alignnone" width="1147"] Millət vəkili Musa Urudun facebookdakı səhifəsi.[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun